Şənbə günü Madaqaskarda baş verən "Batsirai" qasırğasında ölənlərin sayı artır.
"Unikal" xəbər verir ki, təbii fəlakət və risklərin idarə olunması idarəsindən verilən açıqlamada ölkənin cənub-şərqində güclü yağış və daşqınlara səbəb olan qasırğa nəticəsində həyatını itirənlərin sayının 10-a çatdığı bildirilib.
Qasırğanın təsirinə məruz qalan ərazilərdə güclü külək nəticəsində ağaclar kökündən qopub, evlərin damları uçub, elektrik dirəklərinin aşması nəticəsində bir çox ərazi qaranlığa qərq olub. Yerli mənbələrdən verilən məlumata görə, Vatovavı bölgəsindəki Nosı Varika qəsəbəsindəki binaların təxminən 95 faizinin dağıldığı və sel səbəbiylə nəqliyyatın təmin olunmadığı öyrənildi. Səlahiyyətlilər qasırğanın indiyədək təxminən 48 min insanı didərgin saldığını bildirib.
Meteorologiya rəsmiləri Batsirai qasırğasının hazırda saatda 19 kilometr sürətlə qərbə doğru irəlilədiyini açıqlayıb.
Ağarza Elçinoğlu