İranda ötən sutka ərzində 104 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 934 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 39 819 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6619085 nəfərə çatıb.