Gürcüstanda "Eliava" bazarının ərazisində yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Hallar Xidməti məluumat yayıb.
İlkin məlumata görə, Tbilisinin ən böyük tikinti materialları anbarı yanır. Ərazidə güclü tüstü var. Vəziyyət güclü küləklə mürəkkəbləşib.
Yanğının səbəbi hələlik məlum deyil. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Ağarza Elçinoğlu