Avstraliyanın cənubunda 4 fərqli nöqtədə meşə yanğını baş verib. 

"Unikal" xəbər verir kiI, təxminən 1000 xilasedicinin müdaxilə etdiyi yanğınlarda 60 min hektar sahə kül olub. 

Yanğın nəticəsində evlər ciddi zərər görüb, elektrik naqillərinin zədələnməsi nəticəsində minə yaxın ev işıqsız qalıb. 

Həftə sonu sürəti saatda 85 kilometrə çatan külək yanğının söndürülməsinə mənfi təsir göstərib. Sözügedən bölgələrdə yanğının hələ nəzarət altına alınmadığı, Danimarkada isə yanğının nəzarət altına alındığı öyrənilib. Ştatın Narroqin şəhərində də fövqəladə vəziyyətin səviyyəsi endirilib, bəzi heyvanların yanğınlar nəticəsində tələf olduğu bildirilib.

Yanğınların başvermə səbəbi hələ məlum deyil. 

Ağarza Elçinoğlu