Avstraliya fevralın 21-dən etibarən sərhədlərini xarici turistlər üçün açacaq.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Skott Morrison bildirib:
“Milli Nazirlər Kabineti Avstraliyanın bu il fevralın 21-dən etibarən viza sahibləri üçün sərhədlərini yenidən açması barədə qərar qəbul edib”.
Morrison əlavə edib ki, Avstraliyaya səfər etmək üçün turist iki dəfə COVID-19-a qarşı peyvənd edilməlidir.
Qeyd edək ki, ötən il dekabrın 15-dən Avstraliya sərhədlərini mərhələli şəkildə açmağa başlayıb.