"Ermənistana qaytarılan bütün əsirlər dindirilir".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadosyan jurnalistlərə açıqlamasında deyib.
O, başqa təfərrüatları açıqlamadan “Hamı dindirilir” , - deyə ifadə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Gülayə Mecid