Bayden administrasiyası Ukraynaya hərbi yardımın artırılması üzərində işləyir.
"Unikal" xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.
O qeyd edib ki, administrasiya Konqres, tərəfdaş və müttəfiqlərlə birgə yardımın artırılması müzakirə edilir.
Blinken xatırladıb ki, ABŞ ötən il Ukraynaya 650 milyon dollarlıq yardım ayırıb.