Dünən Kremldə Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqlar 5 saatdan çox davam edib. Liderlər əvvəlcə Kremlin birinci korpusunun nümayəndəlik kabinetində təkbətək görüşüblər. Mətbuat konfransından sonra isə Putinin hərəkəti Makronu təəccübləndirib. 

"Unikal" xəbər verir ki, bu haqda görüntüləri Rusiya mətbuatı yayıb.

Belə ki, Putin Makronu gözləmədən zalı tərk edib. Kremlin sahibi arxasına baxmadan əli ilə ona gəlməyə işarə vurub.