Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötən il "Azərxalça" ASC-də apardığı nəzarət tədbirləri zamanı bir sıra qanun pozuntuları aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cəmiyyətin satın aldığı iplik xammalın vahidinin qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammalın qiymətindən çox yüksək olması, tikinti işlərində istifadə edilən materialların qiymətlərinin bazar dəyərindən çox göstərilməsi, Cəmiyyətin 20 rayonda xalça toxuma emalatxanasının, yun tədarükü məntəqələrinin və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi və bu yolla podratçı təşkilatlara xeyli məbləğdə artıq vəsaitin ödənildiyi aşkarlanıb.