Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 126,2% əməl edib.
"Unikal" xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev deyib.
Komitə sədri bildirib ki, büdcəyə 403,95 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 83,95 milyon manat çoxdur.