Gəncədə idman meydançasının yardımçı otağından oğurluq edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Kəpəz Rayon Polis İdarəsinə fevralın 9-da Gəncə şəhəri ərazisindəki idman meydançalarının birinin yardımçı otağından 3 nəfərin mobil telefon, qulaqcıq və qol saatlarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini K.Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.