Bakıda silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.İbrahimovdan nömrəsi silinmiş “TT” markalı tapança götürülüb.