44 günlük müharibə zamanı Ermənistan Müdafiə Ordusunun D-20 Artilleriya Diviziyasının baş komandanının müavini, mayor G.Q. öz həyatını qorumaq üçün hərbi hissəsini ataraq qaçıb.
"Unikal" xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, o, həmin diviziyanın qərargah rəisi vəzifəsindən azad edilib.
O, Cinayət Məcəlləsinin 375-ci maddəsinin 4-cü bəndi (Hərbi vəziyyət və ya müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə və ya hərəkətsizlik) ilə ittiham olunub.
"Müvafiq nəzarətsiz qalan 1-ci batareyanın şəxsi heyəti bütün mümkün vasitələrlə özünü müdafiə etməyə çalışsa da, komanda rəhbərliyinin olmaması buna nail ola bilməyib. Koordinasiyalı hərbi əməliyyatların aparılması üçün birgə komandanlığın olmaması səbəbindən həmin diviziyanın 1-ci batareyasının 20 hərbçisi həlak olub", - məlumatda deyilir.
G.Q.-yə aid olan hissə ümumi işdən ayrılıb, ibtidai istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib. Cinayət işinin qalan hissəsi üzrə ibtidai istintaq davam etdirilir.
Ağarza Elçinoğlu