Sosial şəbəkələrdə yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan Kamran Abumislimov cərimələnib.

"Unikal" xəbər verir ki, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə K.Abumislimova cərimə cəzası tətbiq edilib və o, sərbəst buraxılıb.

Qeyd edək ki, sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü K.Abumislimov polis tərəfindən saxlanılıb.

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanan materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.