Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

"Unikal"  xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının qarşısında qeydə alınıb.
1976-cı il təvəllüdlü Aslanova Sevinc Tərlan qızı işlədiyi “Mangal Steake” restoranından çıxaraq yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən əks tərəfə keçmək istəyib. Həmin vaxt onu “Chevrolet” markalı avtomobili idarə edən 1998-ci il təvəllüdlü Əliyev Murad Qorxmaz oğlu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)