Bakı şəhəri, Səbail rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisə olub. Hadisə zamanı təcili tibbi yardım avtomobili aşıb.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində təcili tibbi yardım avtomobilinin sürücüsü başından yüngül xəsarət alıb, ölən yoxdur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.