Goranboy-Naftalan magistralında yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində minik avtomobili avtomobusla toqquşub. Qəza nəticəsində, minik avtomobilində olan, Naftalan şəhər sakini, 1978-ci il təvəllüdlü S.Verdiyev və avtomobildə olan digər şəxs xəsarət alıb.

Onlardan S.Verdiyev xəstəxanaya yerləşdirilib, digər şəxsə isə ambulator yardım göstərilib. Avtobusda tələbələrin olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.