Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 266 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 76 632 nəfər COVID-19 infeksiyasına yoluxub, 74 936 nəfər isə sağalıb.