Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri Leysan Məmmədov vəzifəsindən azad olunub.
"Unikal" report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
L.Məmmədov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, L.Məmmədov ötən ilin yayına qədər Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlər Müdiriyyətinin direktoru vəzifəsində çalışıb.