2021-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112 284 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, körpələrdən 2958-i əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulanlardır.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Mil-Muğan (13,6), Dağlıq Şirvan (13,4), Quba-Xaçmaz (12,6), Lənkəran-Astara (12,5), Şərqi Zəngəzur (12,3), Qazax-Tovuz (12,2), Şirvan-Salyan (12,2), Qarabağ (11,8), Mərkəzi Aran (11,6) və Şəki-Zaqatala (11,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.