Bu ilin yanvar ayında hava nəqliyyatı ilə 118,3 min və ya illik müqayisədə 5,1 dəfə çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən "Unikal"-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 35,4% artaraq 60 min ton olub.