Türkiyəli məşhur aktrisa Neslihan Atagül yenidən ekranlara qayıdır.
"Unikal" xəbər verir ki, uzun müddətdir səhhətindəki problemlərə görə çəkilişlərə ara verən akrisa yeni mövsümdə Star TV-də yayımlanacaq "Gecenin Ucunda" serialında baş rolu canlandıracaq.
O, sonuncu dəfə "Sefirin Kızı" serialında "Nare Çelebi" obrazına həyat verirdi. Aktrisa serialın yarısında bağırsaq sindromu səbəbindən setdən ayrılmışdı.