Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, telefon danışığı zamanı tərəflər Türkiyə-Azərbaycan əməkdaşlığını və Ermənistanla əlaqələri müzakirə ediblər.
Türkiyə və Azərbaycan liderləri Rusiya-Ukrayna böhranı başda olmaqla regional məsələlərə dair də fikir mübadiləsi aparıblar.