"Moskva ilə Bakı arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının həyata keçirilməsi üçün əlavə imkanlar yarada bilər".
"Unikal" “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.
“Ümid edirik ki, Rusiya və Azərbaycan arasında imzalanmış bəyannamə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatların bəndlərinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq”, - Unanyan deyib.
Qeyd edək ki, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.