Rusiya Qran-prisi "Formula 1" üzrə dünya çempionatının təqvimindən çıxarılıb.
"Unikal" xəbər verir ki, hazırda siyahıda 23 yox, 22 Qran-prinin adı qeyd olunub.
Bilet satışı bölümündə də Rusiyadakı yarışın adı yer almayıb. Turnir cədvəlindən isə bu ölkənin bayrağı götürülüb.
Rusiya Qran-prisi sentyabrın 25-də Soçidə gerçəkləşməli idi.
Qeyd edək ki, "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.