"Davamlı inkişafa nail olmaq üçün rəqabət qabiliyyətli iqtisadiyyatın qurulması vacibdir, buna da, yalnız şaxələnmiş iqtisadiyyatla nail olmaq mümkündür".
"Unikal" xəbər verir ki, bunu “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, bütün dünya ölkələri rəqəmsal transformasiyaya keçmək məcburiyyətdir:
“Sevindirici haldır ki, Azərbaycanda da rəqəmsal transformasiya siyasəti aparılır".