Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva parlamentin aşağı palatası deputatlığından istefa verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Nazarbayeva Nur Otan (Vətən İşığı) partiyasına səs verən Qazaxıstan xalqına, partiya yoldaşlarına və ölkə rəhbərliyinə göstərdikləri etimada görə minnətdarlığını bildirib.
Qeyd edək ki, 58 yaşlı Nazarbayeva 2021-ci ilin yanvarından Milli Məclisin deputatı vəzifəsində çalışır.