"Azərbaycanda ötən il ümumi daxili məhsulun (QDM) artımı 5,6%, o cümlədən qeyri-neft ÜDM-də artım 7,2% təşkil edib ki, bu da 2014-cü ildə qeydə alınmış 7%-lik artımın yenilənməsidir".
"Unikal" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda nazir Mikayıl Cabbarov bildirib.
“2020-ci ildən başlamış koronavirus (COVID-19) pandemiyası, iqlim dəyişikliyi, təchizat zəncirində yaranmış problemlər, enerji, maliyyə və digər bazarlarda dalğalanmalar Azərbaycan iqtisadiyyatına da təsir edib. Hökumət bu təsirlərin neytrallaşdırılması, iqtisadi inkişafın saxlanılması üçün zəruri addımlar atıb. 2021-ci ildə Azərbaycan iqtisadiyyatında bərpa prosesi başlayıb. Bu isə ÜDM-in artımında özünü göstərir. Ötən il ölkədə ÜDM-in nominal dəyəri 93 milyard manata çatıb", - deyə o, qeyd edib.