Aktrisa Məlahət Abbasovanın sosial şəbəkə hesabından Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə bağlı etdiyi paylaşım tənqid olunub.
"Unikal" xəbər verir ki, aktrisa bu haqda "show_news" səhifəsindəki paylaşımlardan birinə yazıb.
Belə ki, o, Zelenski ilə bağlı şərhində "Zelenski aktyor, ssenarist və rejissordur. Yumorist siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar? Adama deyərlər get aktyorluğunu, rejissorluğunu et. Əlbəttə ki, yalnız qalacaqsan" , - sözlərini qeyd edib.
Aktrisanın bu sözləri tənqid edilib. İnsanlar şərhdə "Yazdıqlarınız çox zalımdır, Ukraynada insanlar ölür", "Məsum insanlar öldürülür", "Sən də aktrisasan, nə başa düşürsən siyasəti?" cavabını yazıblar.