Ötən il Rza Zərrabla evliliyini bitirən məşhur müğənni Ebru Gündeş yeni eşq iddiaları ilə gündəmə gəlib.
"Unikal" xəbər verir ki, iddialara görə, Ebru Gündeş 28 yaşlı iraqlı iş adamı Rassan Xoşnəvlə eşq yaşayır. Lakin müğənnidən mövzu ilə bağlı açıqlama gəlməyib.
Bildirilir ki, Rassan Xoşnəv 48 yaşlı Ebru Gündeşin səhnələrini qaçırmır, hətta ön masadan izləyir. Xoşnəv bir müddət əvvəl Ebru Gündeşi ön masadan seyr edərkən pərəstişkarlarının kamerasına da yansıyıb. Sosial şəbəkələrdə yayılan videoda Ebru Gündeş Xoşnəv süfrəsinə doğru səslənərək Sezen Aksunun “Səni İstiyorum” mahnısını oxuyur, “Yalan deyil, daha inkar etmirəm, hətta istəsən, bəlkə də səni sevirəm” sözlərinə cavab olaraq 28 yaşlı iraqlı iş adamı da “səni çox sevirəm” deyə səslənir.