Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Xocalı faciəsi ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, H.Hacıyev “Twitter” hesabındakı paylaşımda 30 il əvvəl Xocalıda əsir düşən Ləfxanım Mahmudova yaşadığı dəhşətləri xatırladıb.
“Bu gözlər çox şeylərin şahidi olub! Plakatdakı foto Xocalı soyqırımından sağ çıxan Ləfxanıma aiddir. O, 9 yaşında ikən 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşiliklərdən azərbaycanlı jurnalistə danışıb və bunlar lentə alınıb. Atası gözlərinin qarşısında öldürülüb. O, bu xatirələri unuda bilmir”, - deyə H.Hacıyev bildirib.
Eyes which have seen too much! Photo in poster belongs to Lefkhanim, Survivor of #Khojalygenocide. She shared atrocities of #Khojaly by armenians to Azerbaijani journalist in 1992 when she was 9 and was filmed. Her father killed in her presence. She cannot forget those memories. pic.twitter.com/68krE67fnX
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 26, 2022