"Azərbaycan xalqı ikinci ildir ki, Xocalı faciəsini qürurla yad edir".
"Unikal" xəbər verir ki, bunu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, belə dəhşətli faciələrin baş verməməsi üçün xalq hər zaman bərabər və güclü olmalıdır:
"Bundan sonra da soyqırımı törədən, əli olan insanların cəzalandırılması üçün bütün səylərimizi davam etdirməliyik. Beynəlxalq müstəvidə işlər görülməlidir. İnanırıq ki, ədalət yerini tapacaq. Xocalı soyqırımına siyasi və hüquqi qiymət veriləcək".