Xəbər  verdiyimiz kimi,  bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin rəsmi tviter hesabında paylaşım edilib.

Zelenski atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

***20:07

Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında paylaşım edib.

“Beynəlxalq tərəfdaşlarımızla danışıqlara davam edirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Təmin olunan humanitar yardım və dərman vasitələrini yüksək qiymətləndiririk. Dəstəyiniz üçün təşəkkür edirik”, - o bildirib.