Türkiyəli müğənni Haluk Levent Rusiyanın Ukraynaya qarşı keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində zərərçəkənlərə yardım etmək üçün səfərbər olub.

"Unikal" xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat yayıb.

Belə  ki, müğənni rəhbəri olduğu "Ahbap" dərnəyi vasitəsilə Ukraynaya beş TIR humanitar yardım göndərəcəyini açıqlayıb.

Onun sözlərinə görə, sözügedən yük maşınları 2-3 gün ərzində günə yola düşəcək.