Dünən axşam saatlarında Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.
xxx
00:25
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinin telefon danışığı olub.
"Unikal" “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar regional və aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, liderlərin söhbətində Ukraynadakı vəziyyət gündəmdə olub.