İtaliya Ukraynaya 110 milyon avro dəstək verəcək.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo bildirib.
Həmin vəsaitlər Ukrayna əhalisini və iqtisadiyyatını dəstəkləmək üçün istifadə olunacaq.
Di Mayo qeyd edib ki, 110 milyon avro maliyyə Kiyevlə razılaşdırılacaq sahələrə yönəldiləcək.