Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Danışıqların təfərrüatları açıqlanmayıb.

xxx

19:22

Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara fasilə verilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak özünün tvitter səhifəsində yazıb.

O qeyd edib ki, hər iki tərəf öz hökumətlərinə məlumat verir. Danışıqlarda 3-cü raund başlayacaq.

xxx

17:59

Ukrayna və Rusiya danışıqları hələ başa çatmayıb.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Bildirilib ki, onlara danışıqlarda iştirak edən mənbə məlumat verib.

xxx

17:50

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.

Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

xxx

14:19

Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

"Unikal"  xəbər verir  ki, bu barədə “Sputnik Belarus” tərəflər arasında görüş başladığını açıqlayıb 

***12:50

Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar aparmaq üçün Belarus-Ukrayna sərhədi ərazisinə gəlib.

"Unikal"  RBC-Ukrayna-ya istinadən xəbər verir ki, görüş Ukrayna-Belarus sərhəddində Pripyat çayı yaxınlığında baş tutacaq.

Nümayəndə heyətinin üzvləri:

“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arakhamia
Ukraynanın müdafiə naziri Aleksey Reznikov
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak
Andrey Kostin , TCG-də Ukrayna nümayəndə heyətinin rəhbəri
Xalq deputatı Rüstəm Umerov
Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski

Bildirilib ki, Kiyev dərhal atəşkəs və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edəcək. 

Ağarza Elçinoğlu