Azərbaycanda “Vahid parklama kartı”nın yaradılması təklif edilir.
"Unikal" xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Belə ki, hesabatda ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə “Vahid parklama kartı” (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqi təklifi qeyd olunub.
Həmçinin hesabatda avtomobil yollarının, parklama yerlərinin və səkilərin yenidən qurulması, o cümlədən müxtəlif təmir-bərpa işlərinin aparılması, habelə tədbirlərin keçirilməsi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə diqqətin artırılması, bu barədə yol hərəkəti iştirakçılarının qabaqcadan kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə, habelə həmin ərazilərdə müvafiq xəbərdaredici nişanlar və məlumat lövhələri quraşdırılmaqla məlumatlandırılmasına diqqətin artırılması təklif edilir.