“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv edib.
Bu barədə "Unikal"a şirkətdən bildirilib.
Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.