Çoxsaylı itkilərə baxmayaraq, Rusiya ordusu öz əsas məqsədindən - Kiyev üzərində nəzarəti əldə etməkdən vaz keçmir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Çoxsaylı itkilərə və hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən – Kiyevi ələ keçirməkdən vaz keçmir. Şəhərin müdafiə qüvvələri tərəfindən düşmənə müqavimət göstərilir”, - məlumatda qeyd olunub.