Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə güclü raket hücumu həyata keçirib.

"Unikal" bu barədə RBC-Ukraynaya istinadən xəbər verir.

Raketin atıldığı yer dəqiq müəyyən edilib.

"Kiyevə “İskəndər” ballistik raket hücumu edilib. Dəqiq yer və qurbanlar müəyyənləşdirilir", - daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Telegram-da yazıb.

xxx

21:31

Kiyevdə bir neçə güclü partlayış baş verib.

"Unikal" xəbər verir ki, görə yerli vaxtla 18:40-da baş verən partlayışların şəhər mərkəzinin cənubunda qeydə alındığı bildirilib.
Məlumata görə, bu gün ərzində Kiyevdə ən güclü partlayışlar olub. Hadisədən dərhal sonra Kiyevdə sirenalar iş düşüb.