Ölkəmizin ilk milli çay markası olan “Azerçay” öz alıcılarını sevindirməyə davam edir.
"Unikal" xəbər verir ki, doğma çayın bu dəfə Novruz bayramına özəl keçirdiyi lotereyada bir-birindən möhtəşəm hədiyyələr öz sahiblərinə çatacaq. Belə ki, müştərilər “Azerçay”-ın 450 qramlıq uduşlu Buket, Klassik, Pekoe və yeni çeşid Gül Bağçası məhsularını alaraq qutunun qapağındakı kodu ad və soyadları ilə birgə Azercell və Bakcell operatorlarından ödənişsiz olaraq 8825-ə göndərməklə 1 ədəd Nissan X-Trail, eyni çeşidlərin 250 qramlığını alanlar isə 30 ədəd soyuducudan birini qazanmaq şansını əldə edəcək.
Qeyd edək ki, qaliblər 19 mart tarixində “Azad Azərbaycan” telekanalında canlı yayımda keçiriləcək lotereyada müəyyən olunacaq. Nəticələr KİV, sosial media platformaları və dogmacay.az saytında yayımlanacaq.