Bir çox tanınmış müğənnilər Ukraynada gedən döyüşlərə görə konsert çıxışlarını təxirə salıb.
"Unikal" xəbər verir ki, onlar arasında Eldar Carahov, HammAli & Navai, Elcey, Ruslan Belıy yer alıblar. "
Belə ki, "Жара" telekanalı ötən gün media nümayəndələri üçün gecə keçirməyi planlaşdırırdı. Partiyə müğənnilər, blogerlər dəvət olunub. Lakin Rusiya-Ukrayna müüharibəsinə görə tədbir media nümayəndələri üçün təxirə salınıb.
Ancaq bilet alan qonaqların iştirakı ilə keçirilib.
Məşhurlardan bəziləri də sosial şəbəkədə paylaşım edərək tədbirə qatılmayacağını açıqlayıblar.