"Uşaqların bağçalara qəbulu ilə bağlı işlər davam edir".
"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, sentyabr ayı üçün qəbul onlayn qaydada mərkəzləşdirilmiş qaydada olacaq: "Xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il vakansiyaların elan edilməsi və işə qəbul aparılacaq. Nümunəvi suallarla bağlı müəyyən dəyişikliklər olacaq. Novruz bayramından sonra ictimaiyyətə əlavə məlumat veriləcək ".