Azərbaycan və İran arasında mövcud olan birbaşa sərnişin aviareyslərinin sayı artırılır.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" səhifəsində bildirib.
Səfir qeyd edib ki, martın 4-dən etibarən Azərbaycanla İran arasında uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.
Hazırda həftədə bir uçuş yerinə yetirilir.