Teleqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Teleqram istifadəçilərinin 44%-i serverə qoşulma, 32%-i mesajların qəbulu, daha 21%-i girişlə bağlı problemlərdən şikayətlənirlər.

Əsasən Rusiya, Ukrayna, Almaniya, Niderland və bir sıra digər ölkələrin sakinləri problemlərlə üzləşiblər.