ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2013-cü ilin fevralın 13-dən ilk dəfə olaraq 119 dolları keçib.
"Unikal" xəbər verir ki, Bakı vaxtı ilə saat 11:52-də "Brent"in qiyməti 6,07% artaraq 119,78 dollara çatıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 5,28% artaraq 116,44 dollara çatıb.
***
09:29
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 117 dolları keçib.
"Unikal" xəbər verir ki, Bakı vaxtı ilə saat 09:22-də "Brent"in qiyməti 3,67% artaraq 117,08 dollara çatıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,32% artaraq 114,27 dollara çatıb.
***
09:05
"Brent" markalı neftin qiyməti 2013-cü il sentyabrın 9-dan bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları ötüb.
"Unikal" “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ticarət platformasından bildirilib.
Bakı vaxtı ilə saat 06.48-ə olan məlumata görə, Brent markalı neftin may fyuçersləri 1,81 faiz artaraq bir barel üçün 116,63 dollar çatıb.
Qərbi Texas markalı neftinin aprel fyuçersləri 2,8 faiz artaraq 113,70 dollar olub.