Bağdadın küçələrindən birində Rusiya prezidenti Vladimir Putinin təsviri olan plakat vurulub.
"Unikal" xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Plakatda "Biz Rusiyanı dəstəkləyirik. Prezidentin dostları" , - dərc olunub.
Plakat yerləşdirildikdən bir müddət sonra xüsusi təyinatlılar tərəfindən sökülüb.
İraq hökuməti hələlik bununla bağlı açıqlama verməyib.