Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Onlar neft bazarındakı vəziyyəti və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.
Bəzi Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına toxunan Putin qlobal enerji təchizatı məsələlərinin siyasiləşdirilməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar səbəbilə bu gün beynəlxalq bazarlarda "Brent" markalı neftin bir barelinin qiyməti 119 dolları keçib.