Rusiya-Ukrayna müharibəsinin 9-cu günündə qarşıdurmaların şiddətlə davam etdiyi bir vaxtda Rusiya prezidenti Putin mühüm açıqlamalar verib.
"Unikal" xəbər verir ki, Putin canlı yayımlanan çıxışında ayağa qalxaraq həyatını itirən əsgərləri bir dəqiqəlik sükutla yad edib. Rusiya lideri bir dəqiqəlik sükutdan sonra oturaraq çıxışına davam edib.
"Mən bu böyük çoxmillətli xalqın bir hissəsi olmaqdan qürur duyuram. Eyni zamanda, ruslar və ukraynalıların bir xalq olması qərarından əl çəkməyəcəyəm", - deyə Putin bildirib.
O, həmçinin Ukraynada yerli xalqla bərabər başqa millətlərdən olan insanların döyüşdüyünü vurğulayıb.
"Hazırda neonasistlərlə mübarizə aparırıq. Bunu artıq görürsünüz. Xaricilər də var. Hətta Yaxın Şərqdən də xarici silahlı əsgərlər var. Onlar dinc əhalidən canlı qalxan kimi istifadə edirlər. Onlar hər cür zirehli texnikadan istifadə edirlər. Bu, bizim gördüyümüz radikallaşmanı göstərir. Daha çox yaşayış məntəqələrinin yaxınlığında daha çox toplar yerləşdirirlər".
Putin müharibədə zərər çəkmiş insanlara maddi yardım edəcəklərini bildirib:
"Ölən zabitlərin ailəsinə 7 milyon rubl verəcəyik, yaxınlarına da ödəyəcəyik. Biz də təzminat ödəyəcəyik. Yaralılar da bu əhatəyə daxil ediləcək. Ukraynada zabit və əsgərlər Rusiya üçün, Donbasslıların yaşamaq hüququ üçün çalışırlar. Ona görə də bizi heç kim hədələyə bilməz. Buraya nüvə silahları da daxildir. Xüsusi hərbi əməliyyatlar planlaşdırıldığı kimi davam edir. Qarşıya qoyduğumuz bütün hədəflərə çatırıq”.
Gülayə Mecid